Avropa Çempionatı

Zirzəmi boşdur: Şotlandların spirtli içki istəyi bar sahiblərini təəccübləndirib

Almaniyada bar sahibləri Avropa çempionatının 2-ci turunda İsveçrə ilə oyundan (1:1) sonra Şotlandiya millisinin azarkeşlərinin bütün spirt ehtiyatlarını qurutmasından təəccübləniblər.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” onlayn nəşri Kölndəki barın menecerindən sitat gətirib.

“Şotlandiyalı azarkeşlər hər şeyi içdilər – pivə, araq… Zirzəmimiz boşdur. Eyni şey pivə satışının rekord həddə olduğu digər barlarda da baş verib – hətta bayram günlərindəkindən də çox. İndi biz hamımız İngiltərə pərəstişkarlarını içki ilə təmin etmək üçün pivə zavodlarından tədarükləri artırmağa çalışırıq”, – menecer bildirib.

Aut.az