İspaniya millisində ciddi itkilər
İspaniya Avro-2024-ün Fransa ilə yarımfinal matçına ciddi itkilərlə çıxacaq.
Aut.az xəbər verir ki, 1/4 finalda Almaniya üzərində 2:1 hesablı qələbə ispanlara baha başa gəlib. Yarımmüdafiəçi Pedri dizindən zədə alıb. Turnirin onun üçün erkən başa çatdığı bildirilir
Həmçinin müdafiəçilər Robin Le Normand və Daniel Karvaxal, eləcə də hücumçu Alvaro Morata yarımfinalda İspaniyaya kömək etməyəcək. Onlar diskvalifikasiya səbəbindən qarşıdakı oyunu buraxacaqlar.
Qeyd edək ki, iyulun 6-da baş tutacaq yarımfinal matçında da İspaniya Fransa ilə qarşılaşacaq.
Aut.az
