Piolinin yenin iş yeri müəyyənləşdi
“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun rəhbərlik edəcək.
Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, 58 yaşlı mütəxəssis artıq klubla 3 illik müqavilə imzalayıb. Səudiyyəlilərin Piolinin yeni layihə üçün ideal seçim olduğuna inandıqları bildirilir.
Xatırladaq ki, Pioli ötən mövsümün sonunda “Milan” baş məşqçi postundan istefa verib. 58 yaşlı mütəxəssis 2019-cu ilin oktyabrından bu vəzifəni icra edirdi. Bu müddətdə onun rəhbərliyi altında “rossonerilər” bütün turnirlərdə 239 matçda iştirak edib, 132 dəfə qalib gəlib, 55 dəfə heç-heçə edib, 52 dəfə məğlub olub. 2021/2022 mövsümündə “Milan” İtaliya çempionu olub.
Aut.az
