Dünya futbolu

55-ci dəfə çempion oldular: Rekord təkrarlandı

“Seltik” ardıcıl dördüncü mövsüm Şotlandiya Premyer Liqasının qalibi olub.

Aut.az xəbər verir ki, Qlazqo klubu “Dandi Yunayted”i 5:0 hesabı ilə darmadağın edərək liqanın sonuna dörd tur qalmış birinci yeri təmin edib.

“Seltik” ikinci yerdə qərarlaşan “Reyncers”i 18 xal qabaqlayır. Bundan əvvəl Brendan Rocersin komandası Şotlandiya Liqa Kubokunun qalibi olub. Mayda onların üçüncü titulu – ölkə kubokunu qazanmaq şansı olacaq.

“Seltik” 55-ci dəfə Şotlandiya Premyer Liqasının qalibi olub və liqanın rekordçusu “Reyncers”ə çatıb.

Aut.az