Dünya futbolu

FİFA Türkiyə klubuna transfer qadağası qoydu

FİFA Türkiyənin “Samsunspor” klubuna transfer qadağası qoyub.

Aut.az xəbər verir ki, buna səbəb komandanın sabiq oyunçusu Arvidas Novikovasın maaşını vaxtında ödənilməməsi olub.

“Samsunspor” 2023-24 qış və 2024-25-ci illərin yay transfer dönəmində heytinə yeni futbolçu qata bilməyəcək.