Dünya futbolu

“Liverpul”un əfsanəsi Ronaldonu biabır etdi: Qozbeli qəbir düzəldər

“Liverpul”un və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Ditmar Hamann Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonu Avro-2024-ün 1/8 finalında Sloveniya millisi ilə oyunda davranışına görə tənqid edib.

Aut.az xəbər verir ki, Hamann bu barədə “Daily Mail”ə danışıb.

“39 yaşlı futbolçu 120 dəqiqə oynayır və penaltini vura bilmir. Deməliyəm ki, Ronaldonun nəhayət komanda oyunçusu olduğuna inanmağa başlamışım, çünki onun komandaya həmişəkindən daha çox ehtiyacı var. İnanırdım, amma düşünürəm ki, Sloveniya ilə oyunda o, əsl üzünü göstərdi. Penaltini buraxır, meydanda ağlamağa başlayır, əlavə vaxtda ağlayır. Və düşünürəm: “Hər şey sənin ətrafında fırlanır.” Bir komandada 26 oyunçu, 20 məşqçi, tribunada 30 və ya 40 min azarkeş var – hər şey sənin ətrafında dönmür. Mən obyektiv olmağa çalışıram, Sloveniyaya azarkeşlik edirdim, çünki reaksiyanın utancverici olduğunu düşünürdüm. Mən heç vaxt belə bir şey görməmişəm, çünki emosiya göstərməyə başlayan kimi, emosiyaya düşən kimi, bu, sondur. Dediyim kimi, Ronaldonun komanda oyunçusu olması ilə bağlı mifə inanırdım, amma məlum oldu ki, bu tamamilə cəfəngiyyatdır. O, ancaq özü haqqında düşünür”, – deyə Hamann bildirib.

Aut.az