İtaliya

İtaliya yığmasında qarşıdurma: Futbolçular niyə Spallettiyə qarşı çıxıblar?

Avropa çempionatı zamanı İtaliya millisinin futbolçuları ilə komandanın baş məşqçisi Luçano Spaletti arasında gərginlik yaranıb.

Aut.az xəbər verir ki, bu barədə “Reppublica” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, komanda iki hissəyə bölünüb. Milli komandanın bəzi oyunçuları turnirə yaxşı hazırlaşmamaqda Spallettini günahlandırıb və oyun üslubunda intensivliyin olmadığını bildiriblər.

O da bildirilir ki, Luçanonun qrup mərhələsinin 3-cü turunun Xorvatiya ilə oyununa (1:1) iki saat qalmış taktika və heyəti dəyişməsi futbolçuları şoka salıb.

Xatırladaq ki, Spaletti 2023-cü ilin avqustundan İtaliya millisinə rəhbərlik edir. İtaliya yığması Avro-2024-də mübarizəni 1/8 finalda dayandırıb.

Aut.az