Son anda nüfuzlu yarışdan imtina etdi
Belaruslu tennisçi Arina Sabalenka çiynindəki zədə səbəbindən “Uimbldon-2024”-də iştirak etməyəcək.
Aut.az xəbər verir ki, bu barədə WTA-nın rəsmi saytı məlumat yayıb .
Dünyanın “3 nömrə”si bu gün səhər “Uimbldon”da məşq edib. Bundan sonra yarışda iştirakını dayandırmaq qərarına gəlib. O, karyerasında ilk dəfə zədə səbəbindən Böyük Dəbilqə turnirini buraxacaq.
Belaruslu ilk raundda amerikalı Emina Bektaşla görüşməli idi. Sabalenkanı rusiyalı Erika Andreeva əvəz edəcək.
Qeyd edək ki, Arina Yay Olimpiya Oyunlarında da iştirak etməyəcək.
“Uimbldon” bu gün start götürəcək və iyulun 14-ə kimi davam edəcək.
Aut.az
