Tennis

Çempionluq FOTOSESSİYASI

Dünyanın ikinci raketka ustası, 21 yaşlı ispaniyalı tennisçi Karlos Alkaras “Rolan Qarros”u qazandıqdan sonra ənənəvi çempionluq fotosessiyasında iştirak edib.

Aut.az xəbər verir ki, fotosessiya turnirin mərkəzi kortunda baş tutub. Fotosessiya üçün Alkaras rəsmi qara kostyum və ağ köynək seçib.

Xatırladaq ki, iyunun 9-da Alkaras karyerasında ilk dəfə Fransa Açıq çempionatının qalibi olub. Gənc ispaniyalı üçün bu titul “Uimbldon 2023” və “US Open 2022”də qalib gəldikdən sonra Böyük Dəbilqə turnirlərində üçüncüdür.

Çempionluq FOTOSESSİYASI

Çempionluq FOTOSESSİYASI

Çempionluq FOTOSESSİYASI