Tennis

Özü Floridaya çatdı, baqajı gəlmədi

Məşhur rusiyalı tennisçi Daniil Medvedev Floridaya uçarkən baqajını itirib.

Aut.az xəbər verir ki, Medvedev bu barədə sosial mediada paylaşım edib.

“Hey, “United Airlines”… Bir az köməyə ehtiyacım var. Dünən Palm-Sprinqsdən Floridaya uçdum, amma çamadanlarımın heç biri gəlmədi. Əslində Mayamidə oynamaq üçün onlara ehtiyacım var. Kömək edə bilərsinizmi?”, – deyə Medvedev yazıb.

Qeyd edək ki, Mayamidə keçiriləcək ATP – 1000 turniri 18 martda başlayır.

Bu yaxınlarda “İndian Uells”də keçirilən turnirdə Medvedev finala yüksəlib və dünya reytinqinin ikincisi, italiyalı Yannik Sinnerə uduzub – 6:7 (6:8), 6:7 (4:7).

Aut.az