Konte Xviça ilə bağlı nöqtəni qoydu: Hər şey artıq aydındır
“Napoli”nin baş məşqçisi Antonio Konte klubun hücumçusu Xviçi Kvaratsxeliyanın PSJ-yə mümkün transferindən danışıb.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Kontedən sitat gətirib.
“Şübhə yoxdur, hər şey artıq aydındır. Xviça Kvaratsxeliya “Napoli”də qalacaq”, – Konte bildirib.
Xatırladaq ki, bir müddət əvvəl gürcü futbolçunun maraqlarını təmsil edən agent Mamuka Cuqeli müştərisinin Çempionlar Liqasında çıxış edən komandaya keçmək üçün “Napoli”ni tərk etmək istədiyini bildirmişdi. Cuqeli onu da bildirib ki, Xviçaya PSJ-dən təklif var. Kvaratsxeliyanın hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Kvaratsxeliya 2022-ci ildən “Napoli”də çıxış edir. 2022/2023 mövsümündə komanda ilə İtaliya çempionu olub, eyni zamanda A Seriyasının ən dəyərli oyunçusu və Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu kimi tanınıb.
Aut.az
