A seriyasında mövsümün ən yaxşıları açıqlandı
İtaliya A Seriyasının mətbuat xidməti 2024/25 mövsümündə çempionatın ən yaxşı futbolçularının siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, mövsümün ən yaxşı oyunçusu “Napoli”nin yarımmüdafiəçisi Skott MakTominay olub. Şotlandiyalı 34 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Ən yaxşı qapıçı “Roma”dan Mile Svilar, ən yaxşı müdafiəçi “İnter”dən Alessandro Bastoni, ən yaxşı yarımmüdafiəçi “Milan”dan Tijani Reynders, ən yaxşı hücumçu “Atalanta”dan Mateo Reteqi, ən yaxşı gənc futbolçu isə “Komo”dan Niko Paz seçilib.
Qeyd edək ki, ötən gün “Napoli” “Kalyari”yə qalib gələrək (2:0) İtaliyanın 4 qat çempionu olub.
Aut.az
