Avropa Çempionatı

Türk azarkeşlər Ronaldonu “Fənərbağça”ya çağırdılar – FOTO

Avro-2024- ün qrup mərhələsinin 2-ci turunun Portuqaliya ilə oyununda (0:3) Türkiyə millisinin azarkeşləri tribunadan üzərində “Ronaldo, “Fənərbağça”ya get” yazısı olan banner asıblar.

Xatırladaq ki, türk nəhənginin hazırkı baş məşqçisi Ronaldo ilə “Real”da çalışmış Joze Mourinyodur.

Türkiyə-Portuqaliya matçı Dortmunddakı “Signal İduna Park” stadionunda baş tutub. Bu oyunda 39 yaşlı Ronaldo Bruno Fernandesə məhsuldar ötürmə edib.

Aut.az

Türk azarkeşlər Ronaldonu “Fənərbağça”ya çağırdılar – FOTO