“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu – FOTO
“Neftçi”də bir aydır davam edən baş məşqçi problemi yeni iş həftəsində həll oluna bilər.
Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” həm yeni rəhbərliyinə, həm də yeni baş məşqçisinə qovuşmaq üzrədir.
Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov olacaq. Zeynalov il yarımdır şurada üzv kimi fəaliyyət göstərir. O, SOCAR prezidenti Rövşən Nəcəfin köməkçisidir.
Baş məşqçi postuna gəlincə, yeni rəhbərlik çox sayda namizəd olmasına rəğmən seçimini Azərbaycan futbolunda tanış olan mütəxəssisdən yana seçim edib. Söhbət bir vaxtlar “Qəbələ”yə rəhbərlik etmiş ukraynalı Roman Qriqorçukdan gedir. Onunla danışıqlar uğurla davam edir. 59 yaşlı mütəxəssisin qarşısına böyük məqsədlər qoyulub. Buna uyğun olaraq Qriqorçukun adekvat tələbləri var.

O, “Neftçi”dəki böhrandan xəbərdardır. Buna görə də səhv etmək fikrində deyil. Danışıqların ən geci çərşənbə gününə yekunlaşdırılması planlaşdırılır. Bundan sonra komanda yeni mövsümün hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, Roman Qriqorçuk 2014-2018-ci illərdə “Qəbələ”də çalışıb. Onun rəhbərliyi dönəmində komanda Azərbaycan kubokunu qazanıb və 2 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.
Aut.az
