Avropa çempionatları tarixinin ən erkən qolunu o vurdu
Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami qitə birinciliyinin 1-ci turunda İtaliya ilə matçda Avropa çempionatları tarixinin ən erkən qolunu vurub.
Aut.az xəbər verir ki, futbolçu artıq 23-cü saniyədə qol vurub. Bundan əvvəlki rekord Rusiya millisinin keçmiş futbolçusu Dmitri Kiriçenkoya məxsus idi. O, 2004-cü ildə keçirilən Avropa çempionatında Yunanıstanla matçda 68-ci saniyədə fərqlənmişdi.
Aut.az
