Polyak azarkeş tribundan yıxılıb, huşunu itirib
Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Polşa – Avstriya (1:3) matçının keçirildiyi “Berlin Olimpiastadion” arenasında Polşa millisinin azarkeşi üç metrdən çox hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.
Aut.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb. Mənbənin sözlərinə görə, kişi yıxıldıqdan sonra qısa müddətə huşunu itirib, daha sonra müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Xatırladaq ki, Polşa millisi Avro-2024 qrupundan çıxmaq şansını itirən ilk komanda olub.
Aut.az
