Depay İtaliya nəhənginin hədəfində
Niderland millisinin hücumçusu Memfis Depay karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Atletiko” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusuna sahib olan 30 yaşlı futbolçu “Milan”a keçə bilər. Bu barədə Jurnalist Canluka Di Martsio məlumat yayıb.
Fransalı Olivye Jiru komandadan getdiyi üçün İtaliya klubu özünə yeni hücumçu axtarır.
“Transfermarkt” Depayın dəyərini 10 milyon avro qiymətləndirir. 2023/2024 mövsümündə o, İspaniya La Liqasında 23 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
