Eddi “Neftçi” azarkeşlərinə səsləndi: Bu insanlara istədiklərini etməyə imkan verməyin
“Neftçi”nin ötən gün yarımmüdafiəçi Eddi İsrafilovla yolları ayırdığı barədə məlumat vermişdik
Aut.az xəbər verir ki, millimizin üzvü “ağ-qaralar” ilə bağlı paylaşım edib. O, azarkeşlərlə xoş sözlərlə vidalaşsa da, klub rəhbərliyinin qeyri-peşəkar idarəçilikdə ittiham edib. Fanatlardan kluba sahib çıxmalarını istəyib:
“Salam “Neftçi” ailəsi! Mən sizinlə tam fərqli formada vidalaşmaq istəyərdim. Bu klubda çoxlu mehriban kollektiv vardı. Amma zəif idarəçilik və həmişə addımların gec atılması səbəbindən bunu belə etməliyəm.
Mənə və ailəmə bəxş etdiyiniz bütün sevgiyə görə sizə təşəkkür etmək istəyirəm. Sizi hər zaman ürəyimdə daşıyacağam. Bu formanı geyindiyim və bu komandanın kapitanlarından biri olduğum üçün fəxr edirəm. Gələcəkdə sizə uğurlar arzulayıram.
Əziz azarkeşlər, bu insanlara heç vaxt klubda istədiklərini etməyə imkan verməyin. Unutmayın ki, siz klubun özüsünüz, siz komandanın özəyisiniz və bu klubun əsl mühərriki sizsiniz! Hamınızı bağrıma basıram. Bir daha “Forza Neftçi”!
Qeyd edək ki, “Neftçi” Eddi İsrafilovun başa çatan müqaviləsini yeniləməyib.
Aut.az
