Dünya futbolu

Sadıqov bu məşqçini də yola saldı

“Ximki” Andrey Talalayev və onun məşqçilər heyətinin klubu tərk etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Talalayevlə birlikdə “Ximki”ni məşqçilər korpusu da tərk edib.  51 yaşlı Talalayev 2023-cü ilin avqustundan “Ximki”yə rəhbərlik edirdi.

Onun rəhbərliyi altında Moskva vilayətinin klubu ötən mövsümü birinci liqada birinci yerdə başa vuraraq elitaya vəsiqə qazanıb.

Qeyd edək ki, “Ximki”nin sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdur

Aut.az