Peres Ançelottiyə gözlənilməz əvəzləyici tapdı
“Real”ın baş məşqçisi Karlo Ançelottinin klubla 2025-ci ilin yayına qədər qüvvədə olan müqaviləsi var.
Aut.az “Todo Fichajes”ə istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres artıq italiyalı məşqçinin mümkün xələfləri üçün namizədləri öyrənməyə başlayıb. Peres bir müddət əvvəl “Bavariya”dan ayrılan alman mütəxəssis Tomas Tuxelin namizədliyini ciddi şəkildə düşünür.
Tuxelin Pereslə əla münasibəti var. O, eyni zamanda “qalaktikos”un ulduzu yeni transferi Kilian Mbappe ilə PSJ-də birgə işləyib.
Daha əvvəl bildirilirdi ki, Ançelottinin varisi “Bayer Leverkuzen”i Bundesliqa çempionu edən “Real”ın keçmiş oyunçusu Xabi Alonso ola bilər.
Aut.az
