İspaniya

Onu böyük gələcək gözləyir, əgər…

“Barselona”nın portuqaliyalı müdafiəçisi Joao Kanselo komanda yoldaşı Lamin Yamal haqda danışıb

Aut.az xəbər verir ki, Kaneslo “Barsa”da Yamal kimi başqa gənc futbolçuların da olduğunu bildirib:

“Lamin inanılmaz oyunçudur. 16 yaşında “Barsa”da oynamaq hər kəsə nəsib olmur. O, xüsusi istedaddır. Futbolda təkcə istedad kifayət deyil. Sizə mentalitet lazımdır və mənim gördüyümdən Lamində var. Diqqətini yayındırmasa, onu böyük gələcək gözləyir. Kubarsi və Ferminə də nəzər yetirin. “La Masia” akademiyası əla iş görür”.

Yamal katalonların yetirməsidir və 2023-cü ilin yayında “Barselona”nın əsas komandasına qoşulub. Bu mövsüm 16 yaşlı futbolçu “Barsa”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.