Avropa Çempionatı

UEFA Albaniyanı bu qədər cərimələdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun İtaliya millisi ilə oyununda azarkeşlərin nalayiq davranışına görə Albaniya millisini cərimələyib.

Aut.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə, azarkeşlərin meydançaya yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, futbol meydançasına daxil olması və təxribat xarakterli mesajlar nümayiş etdirməsi səbəbindən Albaniya 37,3 min avro məbləğində cərimələnib.

Xatırladaq ki, Albaniya yığması İtaliyaya 1:2 hesabı ilə uduzub.

Aut.az