Kroos onun sözlərinə cavab verdi
Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos İspaniya millisinin hücumçusu Xoselunun sözlərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, o, keçmiş komanda yoldaşının fikrilərini sakit qarşılayıb:
“Xoselu dedi ki, cümə günü məni təqaüdə çıxarmaq istəyirlər? Bu normaldır, onlar turnirdə qalib olmaq istəyirlər. Bunun baş verməməsi üçün əlimdən gələni edəcəyəm. Mən onu tanıyıram, ona görə də nə demək istədiyini başa düşürəm. Ən əsası odur ki, karyeramı Madriddə bitirməyimi istəmədilər. Onlar mənim dostlarımdır”.
Qeyd edək ki, Xoselu iyulun 5-i Kroosun karyerasında son matç olacağını bildirib.
Mayın sonunda 34 yaşlı almaniyalı yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının sonunda çıxışını başa vurduğunu açıqlamışdı.
İspaniya – Almaniya 1/4 final oyunu iyulun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Aut.az
