Basketbol

MBA çempionu bəlli oldu

İyunun 18-nə keçən gecə MBA-nın pley-off mərhələsinin final seriyasında “Boston Celtics” – “Dallas Mavericks” arasında beşinci oyunu keçirilib.

Aut.az xəbər verir ki, görüş “Boston”un 106:88 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın ən məhsuldar oyunçusu 31 xal və 11 ribaundla dubl-dabl edən Ceyson Tatum olub.

“Boston” final seriyasında 4-1 qalib gələrək MBA çempionu olub.

Aut.az