Basketbol

Lebron Ceyms neçə yaşına qədər oynaya bilər? – Komanda yoldaşı açıqladı

35 yaşlı amerikalı forvard Markif Morris maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, sabiq komanda yoldaşı, dördqat NBA çempionu Lebron Ceymsin 46 yaşına qədər oynaya biləcəyini bildirib:

“Lebron tam rahat şəkildə 46 yaşına qədər oynaya bilər. Bu faktdır. Hazırda Ceyms karyerasının zirvəsindədir, baxmayaraq ki, tezliklə 41 yaşı tamam olacaq. Əgər özü istəsə, daha dörd il oynamağa davam edə bilər. Lebron indi o qədər yüksək səviyyədə çıxış edir ki, komandada ikinci ən yaxşı oyunçudur”.

Qeyd edək ki, Morris ötən mövsüm “Dallas Mavriks” və “Los-Anceles Leykers”in heyətində çıxış etmişdi.

Aut.az