Federasiya Mbappenin durumu ilə bağlı rəsmi açıqlama yaydı
Fransa Futbol Federasiyası hücumçu Kilian Mbappe ilə bağlı vəziyyətlə bağlı açıqlama verib.
Aut.az xəbər verir ki, federasiya fransalı forvardın zədəsinin elə də ciddi olmadığını bildirib:
“Kilian Mbappe Fransa millisinin düşərgəsinə qayıdıb. Avstriya – Fransa matçının ikinci hissəsində onun burnu sınıb. İlk olaraq tibb işçilərimiz kapitana tibbi yardım göstərib.
Mbappe yaxın bir neçə gün ərzində müalicə alacaq. Lakin tezliklə əməliyyat tələb etməyəcək. Onun üçün xüsusi maska hazırlanacaq ki, yarışa qayıtmağa hazırlaşsın”.
Qeyd edək ki, ötən gün Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Avstriya ilə oyunda (1:0) Mbappe burnunu sındırıb. O, təcili yardım maşını ilə stadiondan Düsseldorfdakı xəstəxanaya aparılıb.
Aut.az
