Xorvatiya millisi Avro-2024-ə əfsanələriylə gedir
Xorvatiya millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Aut.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç komandanın liderləri olan Luka Modriç və İvan Perişiçi 26 futbolçudan ibarət yekun siyahıya daxil edib.
Qapıçılar: Dominik Livakoviç (Fənərbağça), İvitsa İvuşiç (Pafos), Nedilko Labroviç (Riyeka).
Müdafiəçilər: Domaqoy Vida (AEK), Xosip Juranoviç (Union), Yoşko Qvardiol (Mançester Siti), Borna Sosa (Ayaks), Yosip Stanişiç (Bayer Leverkuzen), Yosip Şutalo (Ayaks), Martin Erlik (Sassuolo), Marin Ponqraçiç (Leççe).
Yarımmüdafiəçilər: Luka Modriç (Real), Mateo Kovaçiç (Mançester Siti), Marselo Brozoviç (Əl-Nəsr), Mario Pasaliç (Atalanta), Nikola Vlaşiç (Torino), Lovro Meyer (Volfsburq), Luka İvanuşek (Feyenoord), Luka Suçiç (Zalsburq), Martin Baturina (Dinamo Zaqreb).
Hücumçular: İvan Perişiç (Hayduk), Andrey Kramariç (Hoffenhaym), Bruno Petkoviç (Dinamo Zaqreb), Marko Pyaça (Riyeka), Ante Budimir (Osasuna), Marko Paşaliç (Riyeka).
Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. B qrupunda yer alan Xorvatiya millisinin rəqibləri İspaniya, İtaliya və Albaniyadır.
