Azərbaycan futboluAvropa Çempionatı

Avstriya millisində daha bir itki

Avstriya yığmasının daha bir futbolçusu Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunları ərəfəsində heyətdən çıxarılıb.

Aut.az xəbər verir ki, A David Alabadan sonra digər müdafiəçi Stefan Poşun da qarşıdakı matçları buraxacağı dəqiqləşib. Bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Ralf Ranqnik onun heyətə cəlb olunmamasını qərara alıb. İtaliyanın “Bolonya” klubunun üzvü əzələ zədəsindən əziyyət çəkir.

Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.