Avropa Çempionatı

Uzaqdan vurulan qollar: Avro-2024-də daha bir rekord

Rumıniya millisinin hücumçusu Denis Draquş Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Ukrayna yığması ilə oyununda uzaq məsafədən vurduğu zərbə ilə yekumnhesabı müəyyən etdi – 3:0

Bundan əvvəl rumıniyalı yarımmüdafiəçilər Nikolae Stançu və Razvan Marin də cərimə meydançasından kənardan fərqlənmişdilər.

Belə ki, hazırda 2024-cü il Avropa çempionatının startında vurulan 25 qoldan 8-i (32%) uzaq məsafədən vurulub. Bu, Avropa çempionatları tarixində cərimə meydançasından kənardan vurulan qollar üçün rekord göstəricidir.

Aut.az