Azərbaycan futboluManşetSeçmə

“Neftçi”nin yeni icraçı direktoru o olacaq: “Misli”nin barmağı var – FOTO

“Neftçi”nin yeni icraçı-direktorunun adı müəyyənləşib.

Aut.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə türkiyəli funksioner Cenk Sümere tapşırılacaq. “Ağ-qaralar”ın yeni rəhbərliyi 2021-ci ildən “Beşiktaş” rəhbərliyində çalışan Sümer ilə bütün məsələlərdə anlaşıb.

O, bayram günləri bitdikdən sonra İstanbul klubundakı vəzifəsindən istefa verərək Bakıya gələcək. Ancaq onun təyinatı tam rəsmiləşməyib. “Neftçi”dəki bəzi qüvvələr rəhbər postda xarici funksioner görmək istəmirlər.

Qeyd edək ki, Cenk Sumer “Beşiktaş”da marketinq və iş inkişafı departamentində müdir müavini vəzifəsində çalışır. Onun da təyinatında “Misli”nin “barmağı var”. Fernandu Santuşu milli komandaya baş məşqçi gətirən şəxslər Sumeri də “Neftçi”yə rəhbər gətirməyə çalışırlar.

Aut.az

Cenk Sümer - Beşiktaş JK | LinkedIn