Avropa ÇempionatıDünya futbolu

Ona Mbappe deyən jurnalistə: Mən ninza tısbağası deyiləm

Fransalı hücumçu Markus Tyuram mətbuat konfransı zamanı onu Kilian adlandıran jurnalistə zarafatla cavab verib.

Aut.az xəbər verir ki, o. Kilianı tısbağa adlandırıb.

“Mənə Kilian dedin? Mən daha gözələm və ninza tısbağasına oxşamıram.

2022-ci il Dünya Kubokunun finalından sonra Kiliandan şübhələnməyi dayandırdım. O, həqiqətən də dünyanın ən yaxşı oyunçusudur”, – deyə Tyuram bildirib.

Xatırladaq ki, Avropa çempionatında Fransa yığması Polşa, Niderland və Avstriya ilə eyni qrupda çıxış edəcək. İlk oyun iyunun 17-də baş tutacaq. Fransa millisi Avstriya ilə qarşılaşacaq.

Aut.az