Dünya futbolu

“Red Bull” narazıdır, əməkdaşlıq bitir: Klopp futbola qayıdır?

“Red Bull”  “Liverpul”un keçmiş məşqçisi Yurgen Kloppun qlobal futbol bölməsinin rəhbəri vəzifəsindəki fəaliyyətindən narazıdır.

Aut.az xəbər verir ki, “Salzburger Nachrichten”ə istinadən verdiyi məlumata görə, alman məşqçinin səlahiyyət müddəti bir il ərzində başa çata bilər.

Mənbənin məlumatına görə, “Red Bull” Kloppun bu yay məşqçiliyə qayıtmasına mane olmayacaq. Avstriya şirkəti 58 yaşlı menecerin yerinə hazırda “Kristal Palas”ı idarə edən Oliver Qlasneri götürməyi düşünür.

Kloppun adı “Real Madrid”lə əlaqələndirilir.

Aut.az