“Top-5” liqalarda ən çox yetirməsi olan klublar hansılardır?
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın “top-5” liqalarında çıxış edən ən çox akademiya məzununa sahib klubların reytinqini dərc edib.
Aut.az xəbər verir ki, siyahıya İspaniyanın “Barselona” və “Real” klubları başçılıq edir.
Katalon klubunun yetirmələri “top-5” liqalarda ümumilikdə 25 076 dəqiqə keçirib. “Barselona”nın 40 akademiya məzunundan 10-u hazırda doğma klubunun əsas komandasında çıxış edir. “Real”ın akademiyasından yetişən 35 futbolçu “top-5” liqalarda oynayır, onlardan altısı “kral klubu”nun əsas heyətində yer alır. Reytinqdə üçüncü pillədə Fransa PSJ-si qərarlaşıb. Paris təmsilçisinin 31 yetirməsi var.
“Top-5” liqalara aid olmayan yeganə klub isə Niderlandın “Ayaks”ıdır. Amsterdam klubu 27 akademiya məzunu ilə siyahıda beşinci yeri tutur.
Aut.az

