Dünya futbolu

Millətlər Liqası: Finala İspaniya çıxacaq, yoxsa Fransa?

Bu gün UEFA Millətlər Liqasında növbəti finalçı müəyyənləşəcək.

Aut.az xəbər verir ki, ikinci yarımfinal oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.

Almaniyanın Ştutqart şəhərində baş tutacaq görüşü ingilis baş hakim Maykl Oliver idarə edəcək.

Qeyd edək ki, ötən gün baş tutan ilk yarımfinal görüşündə Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək, finala yüksəlib.

UEFA Millətlər Liqası
Yarımfinal
5 iyun

23:00. İspaniya – Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Ştutqart. “MHP Arena”.