Basketbol

Azərbaycan millisi Avropa Kubokunun təsnifat mərhələsində finala yüksəldi

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.

Aut.az xəbər verir ki, yığma Malta seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 15:10 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Yığma daha Lüksemburq – Kipr cütünün qalibi ilə üz-üzə gələcək.