Boks

Qalmaqallı boksçu həbs edildi: Görün oteldə nə edib

Şənbə günü günortadan sonra Rayan Qarsia (25-1, 20 KO) “Beverly Hills Waldorf Astoria” otelində vandalizmdə şübhəli bilinərək həbs edilib.

Aut.az xəbər verir ki, hüquq-mühafizə orqanları boksçunu mehmanxana otağında və dəhlizdə əmlaka ziyan vurduğuna görə saxlayıb.

Aprelin sonunda Rayan WBC versiyası üzrə orta çəkidə dünya çempionu Devin Heynlə  (31-1, 15 KO) qalmaqallı döyüş keçirib, bundan sonra dopinq testindən keçə bilməyib.

Nyu York Ştat Atletika Komissiyası Qarsiya barədə qərar verəcək. Ddöyüş etibarsız elan edilə və ya Heynin vəkilinin tələb etdiyi kimi, diskvalifikasiya olunmaqla cəzalandırıla bilər.

Aut.az