Karyerasının ən böyük səhvi haqda danışdı
İtaliyan mütəxəssis Mauritsio Sarri karyerasının ən böyük səhvi haqda danışıb.
Aut.az xəbər verir ki, 65 yaşlı mütəxəssis 2019-cu ildə “Çelsi”dən ayrılmasını karyerasının ən böyük səhvi adlandırıb.
Sarri 1 il London klubunda çalışıb, onlarla Avropa Liqasının qalibi olub. Mütəxəssis vətəni İtaliyada işləmək üçün “Çelsi”dən ayrılmaq qərarına gəlib.
“Çelsidən ayrılmaq mənim ən böyük səhvim idi. Klubda qalmaq və işləməyə davam etmək üçün yaxşı baza var idi, amma o an böyük səhv etdim. Avropa Liqasını qazandıq, layihə əla idi, amma təəssüf ki, İtaliyaya qayıtmaq istədim”, – Sarri “Sky Sport”a bildirib.
Aut.az
