“İnter”ə məlumat verdilər: Bu klubun 3 istedadını hədəf aldı
“İnter” Braziliyanın “Palmeyras” klubunun üç gənc futbolçusu ilə maraqlanır: 17 yaşlı hücumçu Erik Bele, 16 yaşlı cinah oyunçusu Uesli Lima və 18 yaşlı hücumçu Luici.
Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Braziliyanın futbolçu bazarında ixtisaslaşmış agentlərdən biri “İnter”ə bu futbolçulara diqqət yetirməyi tövsiyə edib, onları yeni istedadlar adlandırıb.
Xatırladaq ki, bir müddət əvvəl braziliyalı istedadlardan biri, “Palmeyras”ın hücumçusu Endrik “Real Madrid”ə keçmək qərarına gəlib. Endrik Madrid klubuna 2024-cü ilin yayında qoşulacaq. Transfer məbləği 45 milyon avro olub.
Aut.az
