Boks

Karyerasını bitirə bilər: Bu döyüşü uduzsa

Boksçu Deontey Uaylder qarşıdakı döyüşdə Canq Cileyə uduzacağı təqdirdə təqaüdə çıxmağa hazır olduğunu bildirib.

Aut.az xəbər verir ki, Uaylder bu barədə “SecondsOutLive”-a müsahibəsində deyib.

“Keçmiş səhvləri düzəltmək imkanım var. İndi hər şey fərqli olacaq. Yoxdursa, karyeramı bitirmək ehtimalı çox yüksəkdir. İndi təzyiq altında olmağım xoşuma gəlir.

İnanıram ki, boksa verəcəyim hələ çox şey var. Çempion olmaq istəyirəm və hazıram. Çempion olmaq motivi olmadan rinqə çıxanları başa düşmürəm. Mən titullarımı geri istəyirəm.

Deməli, karyeranın sonu uzaqda olmaya bilər. Bu, Deontey Uaylderin vida mərasimi ola bilər. Əgər uduzsam, təbii ki”, – Uaylder deyib.

Uaylder-Ciley döyüşü iyunun 1-də baş tutacaq.

Aut.az