İngiltərə

İngiltərənin əsas qapıçısı risk altında: klubsuz qala bilər

Yay hələ başlamayıb, amma “Everton”un üfüqdə artıq ciddi problemləri var.

Aut.az xəbər verir ki, klub çətin seçim qarşısındadır. Klub satış etmək məcburiyyətində qala və qapıçısı Cordan Pikfordu sata bilər.

İngiltərə millisinin qapıçısı risk altında olan 5 futbolçudan biridir. Liverpul klubunu almağı planlaşdıran  “777 Partners”in investorlarının sənədləri ayın sonuna qədər tamamlamağa vaxtı olmaya bilər. Əgər sövdələşmə baş tutsa, o zaman “Everton” iflasdan qaçmaq üçün başqa yollar axtarmalı olacaq.

Xatırladaq ki, klubun borcu 538 milyon funt-sterlinqi keçir.

Onu da əlavə edək ki, Pikford “Everton”da 7 mövsüm keçirib.

Aut.az