İspaniya

Ançelotti kimi döymək istəyir?

“Real”ın baş məşqçisi Karlo Ançelotti maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, keçmiş komandası, 2001-2008-ci illərdə rəhbərlik etdiyi “Milan”ın çıxışını izlədiyini deyib:

“Komandaya kənardan sevgi ilə baxıram. Futbolçumuz Brahim Diaz “Milan”dan qayıtdı və orada Rafael Leao kimi böyük istedad da var. Amma bəzən onu vurmaq lazımdır. Oyunçum olsaydı, mən onu hər gün döyərdim”.

Qeyd edək ki, bu mövsüm Leao bütün yarışlarda 46 matçda iştirak edib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.