İspaniya

Ançelottidən Modriçə zərbə: 11 illik seriya qırıldı

Sentyabrın 30-da “Real” La Liqanın 8-ci turu çərçivəsində səfərdə “Jirona”nı darmadağın edib – 3:0.

Aut.az xəbər verir ki, bu mövsüm meydanda rolu nəzərəçarpacaq dərəcədə azalan veteran Luka Modriç bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Baş məşqçi Karlo Ançelotti onu meydana buraxmayıb.

38 yaşlı xorvatiyalı “Real”da son iki oyununda (“Las Palmas” və “Jirona”ya qarşı) bir dəqiqə belə meydana çıxmayıb.

“Diario AS” xəbər verir ki, Modriç 11 ildə ilk dəfə ardıcıl iki matçda zədəsi və ya cəzası olmaya-olmaya meydana çıxmayıb.

Modriç 2012-ci ilin avqustundan “Real”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Aut.az