Türkiyə

Türkiyə çempionu “Qalatasaray” oldu

Türkiyə Superliqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Aut.az xəbər verir ki, “Qalatasaray” son turda səfərdə “Konyaspor”a 3:1 hesabı ilə qalib gələrək çempion olub.

102 xal toplayan “Qalatasaray” tarixində 24-cü dəfə çempion olub.

Son turda “İstanbulspor”u 6:0 hesabı ilə məğlub edən”Fənərbaxça” 99 xalla 2-ci olub. “Trabzonspor” isə turniri 67 xalla 3-cü pillədə başa vurub.