Türkiyə klubu təkzib etdi: “Krasnodar”dan təklif almayıb
Türkiyənin “Başakşəhər” futbol klubunun mətbuat attaşesi Gökhan Yılmaz braziliyalı müdafiəçi Leo Duartenin “Krasnodar”a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, daha əvvəl mətbuatda Rusiya klubunun futbolçu ilə bağlı danışıqlar prosesində olduğu barədə məlumat yayılmışdı.
Yılmaz “Championat.com”un müxbiri Mariya Kutsubeyeva ilə söhbətində “Klubumuza “Krasnodar”dan Duartenin transferi üçün rəsmi müraciət daxil olmayıb” deyib.
27 yaşlı Duarte 2021-ci ilin yanvarından İstanbul klubunda çıxış edir. 2022-ci ilin yayında “Başakşəhər” braziliyalının hüququnu “Milan”dan alıb. Transfermarkt internet portalı Duartenin bazar dəyərini 3 milyon avro qiymətləndirir.
Aut.az
