Ruslar Türkiyə yığmasına “qarmaq” atdılar – Bu cavabı aldılar
Türkiyə Futbol Federasiyasının mətbuat attaşesi Türker Tozar Sport24-ün müxbiri Vladislav Şapiroya müsahibəsində bildirib ki, Türkiyə millisinin yoldaşlıq görüşlərindəki rəqibləri ilə bağlı qərar Avro-2024-ün seçmə mərhələsindən sonra veriləcək.
Türkiyə yığması Avro-2024-ün final mərhələsinə vəsiqəni vaxtından əvvəl əldə edib.
“Rusiya və digər milli komandalarla yoldaşlıq oyunları ilə bağlı qərarlar məşqçilər korpusunun istəkləri nəzərə alınmaqla qəbul edilir. Həm də Avropa çempionatının final mərhələsindəki rəqiblərimiz hələ məlum olmadığı üçün mart ayı və sonrakı planlarımız hələ nəzərə alınmayıb.
Ona görə də, gələn il Rusiya yığması ilə yoldaşlıq oyunu təşkil etmək məsələsinə xüsusi şərh verməyə ehtiyac yoxdur. Bundan sonra nə olacağını görəcəyik”, – Tozar deyib.
Aut.az
