Konteyə təklif olunan müqavilənin detalları
“Napoli”nin prezidenti Aurelio De Laurentis italyan mütəxəssis Antoni Konteni kluba dəvət edib.
Aut.az xəbər verir ki, “La Repubblica” klub prezidentinin təklifinin detallarını yayıb.
Məluumata görə, Konteyə illik 9 milyon avro məvacib təklif edilib. Komanda A seriyasının qalibi olarsa, Konte daha bir milyon bonus alacaq.
Mənbənin sözlərinə görə, Kontenin “Napoli”yə baş məşqçi təyinatı ilə bağlı yekun qərar hələ verilməyib, lakin De Laurentisin 54 yaşlı mütəxəssisin namizədliyini dəstəkləyir.
Daha əvvəl mətbuatda “Napoli”nin Konteyə 2027-ci ilə qədər müqavilə təklif etdiyi barədə məlumat yayılmışdı.
54 yaşlı mütəxəssisin son iş yeri 2021-2023-cü illərdə rəhbərlik etdiyi London “Tottenhem”i olub.
İtaliya A Seriyasının cari mövsümündə keçirdiyi 37 oyundan sonra “Napoli”nin 52 xalı var və 10-cu yerdədir.
Aut.az
