Maqnus Karlsen bu klubla müqavilə bağladı
16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen Almaniyanın ikinci divizionunda çıxış edən “Sankt-Pauli” futbol klubunun şahmat şöbəsi ilə müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, bu müqavilə sahibkar və xeyriyyəçi Yan Henrik Büttner tərəfindən yaradılmış “Weissenhaus” Şahmat Akademiyası ilə Hamburq klubunun şahmat bölməsi arasında əməkdaşlıq çərçivəsində imzalanıb.
“Suddeutche Zeitung” Karlsendən sitat gətirib: “Mən əla alman brendinin bir hissəsi olmaqdan şadam”.
Əməkdaşlıq uzun müddətə nəzərdə tutulub və Maqnus Karlsenlə birgə tədbirləri əhatə edəcək.
2-ci Bundesliqa turnirinin başa çatmasına bir tur qalmış “Sankt-Pauli”nin əsas komandası 66 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb və Almaniyanın yüksək divizionuna vəsiqəni təmin edib.
Aut.az
