Almaniya

Bundesliqada ən çox maaş alan məşqçi kimdir?

“Bavariya”nın çalışdırıcısı Vinsent Kompani Almaniya Bundesliqasında ən çox maaş alan məşqçidir.

Aut.az xəbər verir ki, belçikalı mütəxəssis vergilərdən əvvəl ayda 750.000 avro qazanır. Bu barədə Fransanın nüfuzlu “L’Équipe” nəşri məlumat yayıb.

Almaniya çempionatında ən çox maaş alan 3 məşqçi:

Vinsent Kompani (“Bavariya”) – 750 min avro.

Xabi Alonso (“Bayer”) – 425 min avro.

Marko Rouz (“Leyptsiq”) – 375 min avro.

Kompani ötən yay “Bavariya”ya baş məşqçi təyin olunub.

Aut.az