Almaniya

Mahir Emreli oynadı?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda “Drezden”lə qarşılaşıb. Matç “Kayzerslautern”in qələbəsiylə başçatıb – 3:1.

Mahir görüşdə iştirak etməyib. O, zədə səbəbilə heyətə daxil edilməyib.

Kayzerslautern” II Bundesliqada 15 turdan sonra 26 xalla 6-cı sıradadır.