Ən gözəl futbolçu “Playboy”un təklifini rədd edib
“Playboy” jurnalı 2023-cü ilin əvvəlində Almaniyanın ən gözəl qadın futbolçusu Culiya Qvinnin çılpaq şəkillərini çəkməyi planlaşıdırb.
Aut.az xəbər verir ki, futbolçu bundan qəti şəkildə imtina edib. Bu barədə “Bild” məlumat yayıb.
“Culiya Qvinn təkcə görkəmli idmançı deyil, həm də gözəl, gənc qadındır. Beləliklə, onun kimi bir insan təbii olaraq “Playboy” üçün maraqlıdır”, – “Playboy”un Almaniya bölməsinin rəhbəri Florian Boitin bildirib.
Jurnaldan təklif alan vaxt 24 yaşlı futbolçu çarpaz bağ zədəsini bərpa edirdi və Almaniya televiziyasında ekspert kimi fəlaiyyət göstərirdi.
Aut.az
